Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə çatıb

Baş səhifə

Bakı.Trend:

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil
olub.

Trend xəbər verir
ki, bu barədə BFMTV telekanalının efirində Fransa Müdafiə Nazirliyi
yanında deleqat-nazir Alis Rüfo bildirib.

“Hal-hazırda aviadaşıyıcı Suveyş kanalından keçir və Qırmızı
dənizdədir. Bu ilkin yerləşdirilmədir”, -deyə deleqat- nazir qeyd
edib.




O, xatırladıb ki, bundan əvvəl gəmi Fransanın müttəfiqləri –
Fars körfəzi ölkələrinə dəstək missiyası çərçivəsində Aralıq
dənizinin şərq hissəsində mövqe tuturdu.

Rüfonun fikrincə, bu yerləşdirilmə Fransanın Hörmüz boğazında
təhlükəsiz dəniz nəqliyyatının təmin edilməsi məsələsində hərəkətə
keçməyə hazır olduğuna dair güclü siqnaldır. “Biz münaqişənin
tərəfi olmadan belə, buna görə məsuliyyəti üzərimizə götürməyə
hazırıq”,- deyə deleqat-nazir vurğulayıb.