Niderlandda benzinlə işləyən maşınların reklamı qadağan olundu

Baş səhifə

Bakı.Trend:

Mayın 1-dən etibarən Niderlandın paytaxtında hamburgerlərin,
benzinlə işləyən avtomobillərin və aviaşirkətlərin reklam və
elanları tramvay dayanacaqlarından, metro stansiyalarından, eləcə
də yollardakı reklam lövhələrindən yığışdırılıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Şəhər rəsmiləri bildirirlər ki, bu təşəbbüs Amsterdamın küçə
mühitini yerli hakimiyyət orqanlarının ekoloji məqsədlərinə
uyğunlaşdırmağa yönəlib.




Buna əsasən, Niderlandın paytaxtı 2050-ci ilə qədər “sıfır
karbon” hədəfinə nail olmuş şəhərə çevrilməli, yerli sakinlər isə
eyni müddət ərzində ət istehlakını yarıya qədər
azaltmalıdırlar.

Qeyd olunur ki, ət məhsulları Amsterdamın açıq hava reklam
bazarında nisbətən kiçik paya malik olub – təxminən reklam
xərclərinin 0,1%-i, halbuki fossil yanacaqla əlaqəli məhsullar üzrə
bu göstərici təxminən 4%-dir.