“Bu sammit Qafqazda sülh sammiti kimi yadda qalacaq” – Antoniu Koşta

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqazda keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti
regionda sülh yolunda tarixi bir addımdır.

Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti
Antoniu Koşta sammitin yekunlarına dair bəyanatında bildirib.

“Bugünkü sammit həqiqətən tarixi xarakter daşıyırdı. ASB ilk
dəfə idi ki, Cənubi Qafqazda toplaşmışdı”, — deyə Koşta qeyd
edib.

O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin video-konfrans formatında iştirakı tədbirə əlavə əhəmiyyət
qazandırıb.

“Bu o deməkdir ki, sözügedən sammit cəsarətli siyasi qərarlar və
səbirli diplomatik səylər nəticəsində əldə olunan Qafqazda sülh
sammiti kimi həmişəlik yadda qalacaq”, — deyə o vurğulayıb.

Koşta regionun nailiyyətlərinin qlobal qeyri-sabitlik fonunda
mühüm nümunə olduğunu qeyd edib:

“Eskalasiya və müharibələrin hökm sürdüyü bir dünyada,
Avropadakı bu sülh hekayəsi xüsusi qeyd edilməli olan bir
hadisədir. Bu proses münaqişələrin həllində daha geniş Avropa
yanaşmasını əks etdirir”.

Avropa İttifaqı Şurasının Prezidenti sonda əlavə edib ki,
Çoxtərəflilik vasitəsilə, əsasında BMT sistemi dayanan və
beynəlxalq hüquqa hörmət edən bir Avropa fəaliyyət tərzi
mövcuddur”.