Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul
imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

Trend xəbər verir ki,
imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri,
7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi
əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.




Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab
kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.