
Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu
keçirilib.
Trend-in
məlumatına görə, çempionluğa iddialı “Qalatasaray” səfərdə
“Samsunspor”a 1:4 hesabı ilə uduzub.
Liderin əsas izləyicisi “Fənərbağça” isə turu qələbə ilə başa
vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib –
3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka
vurub.
Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı
heç-heçə edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray”
başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66
xalla 3-cüdür.

