ABŞ bunkerləri dağıda biləcək yeni nüvə silahı üzərində işləyir

Baş səhifə

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ili üçün büdcəsindən
nüvə başlığı olan güclü yeni bunker bombası hazırlamaq üçün
milyonlarla dollar ayırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “The War Zone” portalı xəbər
verib.




Məlumata əsasən, söhbət “Nuclear Deterrent System–Air-delivered”
(NDS-A) sistemindən gedir ki, bu da bunkerlərin və digər yeraltı
obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Portalın məlumatına
görə, agentlik bombanın hazırlanması üçün təxminən 100 milyon
dollar almağı planlaşdırır.