Bakı. Trend:
Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğun
şəkildə yenidən qurmağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər
verib.
Bildirilib ki, Baltik dənizi sahilində yerləşən Bremerhavendə
Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro dəyərində
modernləşdiriləcək. Dövlət tərəfindən maliyyələşdirilən investisiya “Leopard” tankları kimi hərbi texnikanı gələcək cəbhə xətlərinə
daşıya bilməsi üçün yükləmə platformalarını gücləndirmək üçün
nəzərdə tutulub.

