ABŞ hava qüvvələri Britaniyada strateji bombardmançı təyyarələrin təlimini davam etdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri
Böyük Britaniyadakı Ferford Hava Bazasından növbəti təlim uçuşları
həyata keçiriblər.

Trend-in
məlumatına görə, bu barədə “Military Air Tracking Alliance” (MATA)
aviasiya resursunun məlumatında bildirilib.




Məlumata əsasən, aprelin 30-da iki “B-1B Lancer” strateji
bombardmançı təyyarəsi və bir “B-52H Stratofortress” havaya
qalxdı.

İranla atəşkəs razılaşmasına baxmayaraq, ABŞ təyyarələri son
günlərdə demək olar ki, hər gün uçuşlar həyata keçirir və təxminən
doqquz saat davam edir.