
Bakı. Trend:
Pakistan İranda hazırlanan, 400 km mənzilli “Fatah-2” çoxnövlü
raket sistemini uğurla sınaqdan keçirib.
Trend-in
məlumatına görə, bu barədə Cənubi Asiya ölkəsinin Silahlı
Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) xəbər
verib.
Bildirilib ki, qabaqcıl avionika və müasir naviqasiya avadanlığı
ilə təchiz olunan raket sisteminin uğurlu təlim sınağı raket
qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.
“Dəqiqliyi və davamlılığı artırmaq üçün daxil edilmiş bir sıra
altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri
sınaqdan keçirilib”, – deyə qeyd olunub.

