Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və
iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana
səfərini ləğv edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News” televiziya
kanalına müsahibəsində Ayşə Hesniyə deyib.




Jurnalist qeyd edib ki, telefon danışığı zamanı Tramp ona
Uitkoff və Kuşnerin Pakistana səfərini birtərəfli şəkildə ləğv
etdiyini deyib.

“Bir müddət əvvəl, onlar getməyə hazırlaşarkən öz adamlarıma
dedim: “Xeyr, ora çatmaq üçün 18 saatlıq təyyarə ilə getmək lazım
deyil. Bütün kartlar bizdədir. Onlar istədikləri vaxt bizə zəng edə
bilərlər. Amma artıq boş şeylər haqqında danışmaq üçün 18 saatlıq
uçuşlara minməyəcəksiniz”, – deyə D.Tramp bildirib.