İmişlidə canavarlar kəndə hücum ediblər

Baş səhifə
İmişlidə canavarlar kəndə hücum ediblər

İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində baş verib.

Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.

Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir ki, olur.