İranda hücumlar nəticəsində 3500 insan həlak olub

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin hücumları nəticəsində İranda təxminən 3500 insan
həyatını itirib.

Trend-in
məlumatına görə, bu barədə İran Şəhidlərin İşləri Fondunun rəhbəri
Seyid Əhməd Mosəvi məlumat verib.




Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri 3468 ölüm
hadisəsi barədə məlumatlar var.

Xatırladaq ki, ilkin razılaşmaya əsasən aprelin 8-də ABŞ və İran
arasında 14 günlük atəşkəs elan edilib.