
Bakı. Trend:
Finlandiya hökuməti cümə axşamı keçirilən iclasda respublika
vətəndaşlığının əldə olunmasını sərtləşdirən vətəndaşlıq imtahanın
tətbiqi barədə qərar qəbul edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat
xidməti məlumat yayıb.
“İmtahanın tətbiqi vətəndaşlıq haqqında qanunun daha geniş
islahatının yekun mərhələsidir və bu islahat vətəndaşlığın əldə
olunması şərtlərini sərtləşdirəcək. Dəyişikliklər artıq yaşayış
müddəti, dürüstlük və gəlir tələbləri ilə bağlı müddəalara edilib”,
– məlumatda bildirilir.
Vətəndaşlıq əldə etmək üçün yeni şərt sosial məlumatlılıq olacaq
və ərizəçilər bunu sözügedən imtahan vasitəsilə nümayiş etdirməli
olacaqlar. Kifayət qədər sosial biliklərin olması imtahan
nəticələrindən başqa, Finlandiya və ya İsveç dilində orta təhsil
haqqında attestatın və ya universitet diplomunun mövcudluğu ilə də
təsdiqlənə bilər.

