İranın İslamabaddakı danışıqlarda irəli sürdüyü sülh təşəbbüslərinə baxmayaraq, Amerika tərəfi Tehranın etimadını qazana bilmədi.
“Report” xəbər verir ki, bunu İslam Respublikası parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf “X” sosial şəbəkəsində yazıb.
“Danışıqlar başlamazdan əvvəl lazımi iradə və istəklərimizin olduğunu vurğuladım, amma əvvəlki iki müharibənin təcrübəsi səbəbindən qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım perspektivli təşəbbüslər təklif etdilər, amma nəticədə Amerika tərəfi danışıqların bu mərhələsində etibarımızı qazana bilmədi”, – o qeyd edib.
Qalibaf dost və qardaş Pakistanın danışıqları asanlaşdırmaq səylərini də yüksək qiymətləndirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

