ABŞ Meksika ilə sərhəddə PUA-lara qarşı lazer sistemləri yerləşdirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Meksika ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı lazer
sistemləri yerləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FMAİ) və Pentaqon
birgə açıqlama yayıb.

Məlumata əsasən, tərəflər hökumətə cənub sərhədində PUA-larla
mübarizə məqsədilə yüksək enerjili lazer texnologiyasından istifadə
imkanı verən razılaşma imzalayıblar.




Bildirilir ki, bundan əvvəl FMAİ Nyu-Meksiko ştatında bu
sistemin sınaqlarını həyata keçirib. Yekun nəticələr göstərib ki,
tətbiq ediləcək təhlükəsizlik tədbirləri müəyyən olunmuş tələblərə
cavab verir və mülki aviasiya üçün ciddi risk yaratmır.

Sınaqlar zamanı Pentaqon və ABŞ-nin Daxili Təhlükəsizlik
Nazirliyi tərəfindən istifadə olunan lazer sistemi tətbiq
edilib.