Türkiyədə daha 14 məşhur narkotiklərlə bağlı saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyədə məşhurlara qarşı “istifadə məqsədilə narkotik və ya
psixotrop maddə satın almaq, qəbul etmək və ya saxlamaq, yaxud
narkotik və ya psixotrop maddə istifadə etmək”, həmçinin “narkotik
və ya psixotrop maddə təmin etmək” cinayətləri üzrə aparılan
istintaq çərçivəsində daha 14 şoubiznes nümayəndəsi saxlanılıb.

Trend NTV
telekanalına istinadən xəbər verir ki, saxlanılma qərarı verilən
şəxslər arasında Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek,
Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç
Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz və başqa məşhurlar
yer alır.




Baş Prokurorluq tərəfindən verilən açıqlamada bildirilib ki,
bundan başqa iki şübhəlinin axtarışı davam edir, bir şübhəlinin isə
xaricdə olduğu müəyyən edilib.