
Bakı. Trend:
Bu gün saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar
xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın
hadisəsi baş verib.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar
Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi
Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə
götürülərək tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti
tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və
şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində
zəruri addımlar atılır.

