Dağıstanda daşqın nəticəsində bina uçub

Baş səhifə

Bakı. Trend:

Dağıstanın Maxaçqala şəhərində güclü yağışlardan sonra baş verən
daşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub.

Trend xəbər verir
ki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə
yuyulub və bina şahidlərin gözü qarşısında çökməyə başlayıb.
İçəridə insanların olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxliyə və
axtarış-xilasetmə işlərini davam etdirir. Şəhər meriyasından
bildirilib ki, azı daha dörd çoxmənzilli binanın uçma təhlükəsi
mövcuddur və artıq bu binalardan təxminən 300 nəfər təxliyə olunub.
Maxaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.




Prokurorluq yaşayış binasının uçması faktı ilə bağlı yoxlama
aparır.

Regionda güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.
Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədən
Maxaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ciddi ziyan
dəyib.