Bakı. Trend:
İraqın İranla həmsərhəd olan Maysan əyalətində yerləşən
“Buzurqan” yatağında neft anbarına dron hücumu olub.
Trend xəbər verir ki, bu
barədə İraq Neft Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum bir neçə dronun iştirakı ilə həyata
keçirilib. İlkin məlumatlara görə, hücum nəticəsində insan tələfatı
olmayıb.
Nazirlik neft anbarına dəyən ziyan barədə açıqlama verməyib.

