Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının müdafiə
naziri Xalid bin Salman Al Səud iyulun 29-da Vaşinqtonda keçirilən
görüşdə İranla bağlı münaqişəni müzakirə ediblər.
Bu barədə Axios portalının və İsrailin 12-ci telekanalının
müxbiri Barak Ravid “X” sosial şəbəkəsində Amerika rəsmisinə
istinadən məlumat yayıb.
Məlumata görə, nazir Trampa Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salman Al Səudun İranla müharibə və regionda
gərginliyin artması ilə bağlı mesajını çatdırıb. Mesajın məzmunu
isə açıqlanmayıb.

