Əbu-Dabidə qaz kompleksinə hücum nəticəsində bir nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Əbu-Dabidəki qaz kompleksinə edilən hücum
nəticəsində ciddi ziyan dəyib, bir nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə hökumətin mətbuat xidməti sosial media hesablarında
məlumat yayıb.




Məlumatda bildirilir ki, hava hücumundan müdafiə vasitələrinin
uğurlu müdaxiləsindən sonra qalıqların düşməsi nəticəsində
Həbşandakı qaz obyektində iki yanğın baş verib. Xilasetmə qrupları
yanğınları tez bir zamanda söndürərək vəziyyəti nəzarət altına
alıb.

Hadisə nəticəsində bir Misir vətəndaşı ölüb, ikisi Misir, ikisi
isə Pakistan vətəndaşı olan digər dörd nəfər isə yüngül xəsarət
alıb.