Bakıda İqlim Fəaliyyəti həftəsi öz işinə başlayıb

Baş səhifə

Bakı. Trend:

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) öz
işinə başlayıb.

Trend xəbər verir
ki, COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin
iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev, Britaniya imperiyası
ordeni (OBE) kavaleri, Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ferqus Auld və digər rəsmi şəxslər çıxış edəcəklər.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:




COP29-un nəticələri və COP30-a gedən yol – Azərbaycanın iqlim
sahəsində liderliyi;

COP29-dan BCAW2025-ə, yaşıl keçidin təmin edilməsi – Milli İqlim
Planları (NDC və NAP), investisiya platformaları və keçid planları,
yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi — kiçik və orta
biznesə (KOB) diqqət.

Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londondakı
tərəfdaşlıqla birgə ilk “Bakı İqlim Fəaliyyəti Həftəsi”ni uğurla
keçirmişdi.