Tatarıstanda zavodda baş verən hadisədə 7 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş vermiş hadisə
nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.

Trend xəbər verir
ki, bu barədə “Sibur Nijnekamsk – Nijnekamskneftekim” şirkətinin
rəsmi “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılması
istiqamətində işlər davam etdirilir, dağıntıların sökülməsi və
axtarış əməliyyatları aparılır. Aprelin 3-ü, cümə günü axşam
saatlarına olan məlumata əsasən, yeddi nəfərin həlak olduğu
təsdiqlənib.




Bildirilib ki, hazırda daha beş nəfərin axtarışı davam edir.

Şirkətdən əlavə edilib ki, axtarış-xilasetmə işləri fasiləsiz
şəkildə aparılır. Əməliyyatlara Rusiya Fövqəladə Hallar
Nazirliyinin mütəxəssisləri və digər aidiyyəti qurumlar cəlb
olunub. Ümumilikdə 200-dən çox insan və 20-yə yaxın texnika
gecə-gündüz rejimində fəaliyyət göstərir.