Bakı. Trend:
İranın paytaxtı Tehran da daxil olmaqla, ölkənin əsas
mərkəzlərində çoxsaylı partlayışlar baş verib.
Trend-in məlumatına görə, bu barədə İranın dövlət televiziyası
xəbər verib.
Məlumata əsasən, İsrail ilə ABŞ-nin hücumları nəticəsində
Tehranın bir neçə ərazisində, eləcə də ölkənin mərkəzi hissəsindəki
İsfahanda, respublikanın cənubundakı Şirazda və İran paytaxtından
bir neçə onlarla kilometr qərbdə yerləşən Kərəcdə partlayışlar baş
verib.
Son bombardmanların hədəfi hansı konkret obyektlərin olduğu və
ya hücumlar nəticəsində mümkün itkilər barədə hələlik heç bir
məlumat verilməyib.

