
Bakı. Trend:
Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə
daxil olmasını məhdudlaşdırmağı planlaşdırır.
Trend-in
məlumatına görə, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə
bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları “cəlbedici
alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan
qorumaqdır”.
Müvafiq qanunun üzərində işə iyul ayında başlanacağı bildirilsə
də, tətbiq tarixi hələlik məlum deyil.
Qeyd edək ki, Avstriya ötən dekabrda 16 yaşına çatmayan
şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdıran ilk

