Bakı. Trend:
Hörmüz boğazında ABŞ-nin “Apache” helikopterinə edilən hücuma
görə İrana “güclü cavab” verilməsi vacibdir.
Trend-in məlumatına görə, bu barədə “ABC News” televiziya
kanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
“Düşünürəm ki, cavab vermək çox vacibdir. Onlar helikopter
vurublar və biz hazırda cavab veririk”, – deyə o bildirib.
“Bu, dünən gecə helikopterimizə etdiklərinə qarşı bir cavabdır
və inanıram ki, cavab çox güclü olmalıdır”, – deyə ABŞ prezidenti
əlavə edib.

