Bakı şəhər prokurorluğu cinayət işləri üzrə ödənilən maddi ziyanın həcmini açıqlayıb

Baş səhifə

Bakı.Trend:

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən 2026-cı ilin
birinci yarımilində ibtidai istintaqı tamamlanmış cinayət işləri
üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın 73,2
faizinin ödənilməsi təmin edilib.

Bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat
müşavirəsində məlumat verilib.

Bildirilib ki, hesabat dövründə cinayət işləri üzrə ümumilikdə 8
milyon 777 min 740 manat məbləğində maddi ziyan müəyyən edilib.
Bunun 6 milyon 432 min 712 manatı və ya 73,2 faizi ödənilib.




Müşavirədə həmçinin vətəndaş müraciətlərinə baxılması, axtarışda
olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində
tədbirlərin gücləndirilməsi, eləcə də “Elektron Prokurorluq”
informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı
tapşırıqlar verildiyi qeyd olunub.

Müşavirədə, həmçinin bildirilib ki, hesabat dövründə Bakı şəhər
prokurorluğuna 10573 müraciət daxil olaraq baxılmış, ümumilikdə
1299 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 173 nəfər Bakı
şəhər prokuroru tərəfindən qəbul edilmişdir.