Rəcəb Tayyib Ərdoğan Məsud Pazeşkian ilə telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

İran tərəfinin xahişi ilə Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan İran prezidenti Məsud Pazeşkian ilə telefon danışığı
aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Görüşdə Prezidentimiz diplomatiyaya qapıların açılmasına ehtiyac
olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini
bildirdi.




R.T.Ərdoğan Türkiyənin tərəf olmadığı münaqişələrdən mənfi
təsirləndiyini, hava məkanımızın pozulmasının, hər hansı bir
səbəbdən, bəraət qazandırıla bilməyəcəyini və Türkiyənin buna qarşı
bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulatyıb.

İran prezidenti telefon danışığı zamanı daxil olan raketlərin
İran mənşəli olmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırma
aparacaqlarını bildirib.