Bakı. Trend:
Misir gələn aydan etibarən giriş vizalarının rüsumunu
artıracaq.
Trend xəbər verir
ki, bu barədə “Cairo 24” nəşri məlumat yayıb.
Hesabatda bildirilir ki, Səyahət Şirkətləri və Agentlikləri
Palatası Misirə giriş məntəqələrində vizaların rüsumunun
artırıldığını elan edib.
Dəyişiklik tək girişli vizalara aiddir. Martın 1-dən etibarən bu
viza üçün rüsum əvvəlki 25 dollar əvəzinə 30 dollar olacaq. Çox
girişli vizanın qiyməti isə dəyişməz qalaraq 60 dollar təşkil
edəcək.
Bununla yanaşı, Şarm əl-Şeyx hava limanına gələn və yalnız Sinay
yarımadasında 15 gündən çox qalmayan turistlər üçün giriş pulsuz
olaraq qalacaq.

