
Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın
şərqindəki “Hizbullah” təşkilatının hərbi hədəflərinə bir sıra
zərbələr endirib.
Trend-in
məlumatına görə, bu barədə “Lebanon 24” xəbər portalı bildirib.
Məlumata əsasən, Suriya ilə sərhəddəki dağlıq ərazidəki təlim
bazaları və yeraltı tikililər bombardman edilib. Şahidlər Nəbi Şit
şəhəri yaxınlığında güclü partlayışlar barədə məlumat veriblər.


