Bakı. Trend:
“Nyukasl”ın hücumçusu Nik Voltemade klubdan ayrılmaq
istəyir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvard İngiltərədə
özünü xoşbəxt hiss etmir.
Voltemadenin planı ölkəsinə qayıtmaqdır. 24 yaşlı futbolçu “Ştutqart” və ya “Bavariya”da oynamağa isti yanaşır.
“Nyukasl” Nik Voltemadeni mövsümün əvvəlində “Ştutqart”dan 75
milyon avroya transfer edib. Almaniya millisinin üzvü Premyer Liqa
təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 4
məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off
mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı ilk oyun
bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək. Cavab görüşü isə ayın 24-dən 25-də keçən gecə saat
00:00-da İngiltərədə baş tutacaq.

