
C6 ölkələrinin hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığı təklif olunub.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Milli Qurultayın (Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılmış, cəmiyyətdəki dialoqu gücləndirmək, strateji məsələləri və milli birliyi müzakirə etmək məqsədi daşıyan məsləhətçi orqandır – red.) üzvü Talqat Əliyev “C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi” adlı beynəlxalq konfransda deyib:
Onun sözlərinə görə, hazırda dünyada beyin mərkəzlərinə ehtiyac var:
“Mərkəzi Asiya ölkələri sənaye güclərini inkişaf etdirə bilər. Bu gün biz elə bir mövqedəyik ki, artıq sadəcə resurs satmaq yox, resursları texnologiya müqabilində təqdim etmək imkanımız var. Mən ardıcıl şəkildə öz istehsal-texnoloji bazamızı gücləndirməyi və insan kapitalının səviyyəsini artırmağı təklif edərdim. Təlükəsizliyimizi, müdafiə qabiliyyətimizi və beynəlxalq çəkimizi inkişaf etdirmək son dərəcə vacibdir. Emal sənayesini inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, biz orduda öncül istiqamət yarada, müdafiə məqsədilə qəbul edilmiş hərbiləşdirilmiş robotların istehsalını təşkil edə bilərik ki, bu da təhlükəsizliyimizin qorunmasına xidmət etsin. Türkiyə, Çin təcrübəsindən faydalanmaq olar. Avropa İttifaqı, ABŞ-la əlaqəni gücləndirməliyik”.
Qazaxıstan rəsmisi vurğulayıb ki, C6-da həm də formal institutlara ehtiyac var:
“Daha çevik, effektiv təkliflər verməliyik. Böyüyən Nəsillər Mərkəzi Asiya ölkələri arasında daha da inkişaf etdirməlidir. Gənclər üçün ümumi proqramlar hazırlamalıdır. Məqsəd odur ki, gənclərimiz xaricdə təhsil aldıqdan sonra ölkəmizə qayıtsınlar”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


