Bakı. Trend:
İspaniyanın Barselona vilayətinin Manlyu bələdiyyəsində yerləşən
çoxmənzilli binada baş verən yanğın nəticəsində ən azı beş nəfər
ölüb, dörd nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə Kataloniya muxtar icmanın hökuməti
bildirib.
“Manlyudakı (Osona) binada baş verən yanğın nəticəsində beş
nəfər ölüb, dörd nəfər yaralanıb <…> Yanğın beşmərtəbəli
yaşayış binasının damında yaşayış sahəsinə çevrilən anbarda baş
verib. Naməlum səbəblərdən içəridəki insanlar çölə çıxa
bilməyiblər”, – deyə qeyd olunub.
Qeyd olunub ki, çağırışa gələn xilasetmə qrupları yanğını yarım
saat ərzində söndürüblər.

