Fəzail Ağamalı dəfn edilib – FOTO – VİDEO – YENİLƏNİB

Baş səhifə

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

***

12:00

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, sabiq deputat Ramana qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Fəzail Ağamalı dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib.