Peskov Belarusda retranslyatorların söndürülməsindən xəbərdar deyil

Baş səhifə

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusun Rusiya dronlarının Ukraynaya zərbə endirməsinə imkan verən retranslyatorları söndürdüyü barədə açıqlamasına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov retranslyatorlarla bağlı onda belə bir məlumatın olmadığını deyib.

“Retranslyatorların işi müvafiq qurumların səlahiyyətindədir. Düşünürəm ki, bu məsələ ilə bağlı suallarınızı Kiyevdəki Zelenskiyə deyil, yəqin ki, Minskə ünvanlaya bilərsiniz. Onlar sizə orada cavab verəcəklər”, – Kremlin sözçüsü vurğulayıb.