
Bakı. Trend:
“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü
münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda “Əsgərcell” xüsusi
təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində
əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz
ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün
əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə
yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər.
Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif
aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun
hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda “ağ
siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər
həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış
nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq.
“Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv
olacaq. “Əsgərcell” nömrələrinin istifadə müddəti 18 ay müəyyən
edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell.
“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü
münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir,
Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və
təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün
hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!

