Bakı. Trend:
Omanda ABŞ ilə İran arasında danışıqları zamanı İranın xarici
işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran uranın
zənginləşdirilməsindən imtina etmək və ya onu başqa bir ölkəyə
ötürmək niyyətində deyil.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər
verib.
“İran mediasının məlumatına görə, xarici işlər naziri Abbas
Əraqçi amerikalı həmkarlarına Tehranın uranın
zənginləşdirilməsindən imtina etməyəcəyini və ya onu başqa bir
ölkəyə ötürməyəcəyini bildirib”, – deyə nəşr bildiribş
Qəzetin vəziyyətlə tanış olan mənbələri bildiriblər ki, onların
məlumatına görə, görüşdə heç bir tərəf danışıqlar mövqeyini
dəyişməyib. Eyni zamanda, hər iki tərəf ABŞ-nin İrana mümkün
hücumundan qaçmaq üçün problemin diplomatik həllini axtarmağa davam
etmək niyyətində olduqlarını bildiriblər.

