Türkiyənin İzmir sahillərində 28 qanunsuz miqrant saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Egey dənizində Türkiyənin İzmir vilayətinin Urla rayonu
sahillərində 28 qanunsuz miqrant saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.




Bildirilib ki, saxlanılan miqrantlardan 11-i uşaqdır. Əməliyyat
zamanı insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən və
qeyri-qanuni yollarla ölkədən çıxmağa cəhd göstərən şəxslər də
yaxalanıb.

Qanunsuz miqrantlar müvafiq prosedurların həyata keçirilməsi
üçün Miqrasiya İdarəsinə təhvil verilib.