“Arsenal” İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazandı

Baş səhifə

Bakı. Trend:

“Arsenal” evdə “Çelsi”ni 1-0 hesabı ilə məğlub edərək İngiltərə
Liqa Kubokunun finalına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, yeganə qolu Kay Haverts vurdu (90+7-ci
dəqiqə). Arsenal ilk oyunu 14 yanvarda səfərdə 3-2 hesabı ilə
qazandı.




Kubok matçında “Arsenal”ın rəqibi “Mançester Siti” – “Nyukasl”
matçının qalibi olacaq. İlk oyun “Mançester Siti”nin səfərdə 2-0
hesablı qələbəsi ilə başa çatıb.