Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında bu gün Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların baş tutmayacağını açıqlayıb.
“Report”un məlumatına görə, o, müvafiq mesajı özünün Telegram kanalında paylaşıb.
“Bu gün danışıqlar olmayacaq. Danışıqlar qrupumuz indi məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevralda Əbu-Dabidə”, – deyə o yazıb.
Zelenskinin sözlərinə görə, Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin Rusiya-Ukrayna müharibəsini real və ləyaqətli sona yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

