Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu mövzuda əsas məsələ donorun tapılmasıdır:
“Azərbaycanda ilk ürək transplantasiyası həyata keçiriləndən sonra ürək donoru olmaq istəyənlərin sayında artım gördük”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

