Bakı. Trend:
Süni intellekt texnologiyalarının genişlənməsi və əmək
bazarındakı artımın ləngiməsi fonunda ABŞ-nin iri şirkətləri
təxminən 52 min işçini ixtisar etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“Şirkətlər getdikcə daha çox işdən çıxarmaları müzakirə edir və
əmək xərclərini azaltmaq üçün süni intellektdən istifadə etməyə
çalışırlar”, – deyə “Goldman Sachs” bankının ABŞ üzrə baş
iqtisadçısı Devid Merikl bildirib.
Məlumata görə, bir çox aparıcı ABŞ şirkətləri iqtisadi
qeyri-müəyyənlik və artan təzyiqlər fonunda işçi qüvvəsini
azaltmağa məcburdur. Eyni zamanda, istehsal və idarəetmə
proseslərini optimallaşdırmaq məqsədilə süni intellektə
investisiyalara üstünlük verirlər. Bu təşəbbüs “Amazon”, “Nike”,
UPS, “Home Depot” və digər tanınmış şirkətləri əhatə edəcək.

