Bakı. Trend:
ABŞ-də beynəlxalq hava limanlarından birində nəzarətsiz baqaj
aşkarlandıqdan sonra sərnişinlərin kütləvi təxliyəsi həyata
keçirilib.
Trend xəbər verir
ki, bu barədə PYOK nəşri məlumat yayıb.
Hadisə yanvarın 25-də Mayami Beynəlxalq Hava Limanında baş
verib. Aeroport əməkdaşları 21-ci çıxış qapısının yaxınlığında
sahibsiz çanta aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat
veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları çantanı şübhəli hesab
edərək təhlükəsizlik məqsədilə bütün sərnişinlərə terminalı tərk
etmək barədə göstəriş veriblər.
Təcili təhlükəsizlik tədbirləri nəticəsində 185 reysin
gecikdiyi, 148 reysin isə ləğv edildiyi bildirilir. Qeyd olunur ki,
reys cədvəlindəki dəyişikliklərə hava şəraitinin pisləşməsi də
təsir göstərib.

