XİN başçısı: Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir

Baş səhifə
XİN başçısı: Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir

Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

“2025-ci il bu yöndə çox əlamətdardır, çünki bu il ərzində SOCAR ilk dəfə olaraq İsrailin ən böyük qaz yataqlarında on faizlik pay aldı. Bu qaz təchizatı üçün çox əhəmiyyətə malikdir”.