
Afrika Millətlər Kubokunun finalında hakim qərarları və Seneqal komandasının meydanı tərk etməsi ilə bağlı yaşananlara görə Kral Mərakeş Futbol Federasiyası (FRMF) rəsmi bəyanat yayıb.
“Report” xəbər verir ki, ötən gün keçirilən final görüşünün əsas vaxtı heç-heçə ilə başa çatıb.
Oyunun sonlarında Mərakeşin xeyrinə təyin edilən penaltidən sonra Seneqal futbolçuları etiraz əlaməti olaraq meydanı tərk ediblər. Federasiya bu halın oyuna və Mərakeş oyunçularının psixoloji durumuna təsir etdiyini bildirib.
Penalti zərbəsini Braim Dias yerinə yetirsə də, rəqib qapıçı Eduard Mendi topu dəf edib. Əlavə vaxtda Seneqal həlledici qolu vuraraq kuboku qazanıb.
FRMF baş verən hadisələrlə bağlı apellyasiya müraciəti ediləcəyini açıqlayıb, eyni zamanda milli komandaya göstərilən dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


