Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə Qrenlandiyanın
gələcəyi ilə bağlı danışıqlar aparacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Vens Danimarka və Qrenlandiyanın
xarici işlər nazirləri ilə görüşərək adanın strateji əhəmiyyətini
müzakirə edəcək.
“The Washington Post” nəşrinin məlumatına görə, Danimarka və
Qrenlandiya tərəfi əslində ABŞ dövlət katibi Marko Rubio ilə
görüşmək üçün müraciət edib.

