Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 80-dən çox şübhəli saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Türkiyənin İstanbul, Ankara, İzmir, Diyarbəki və Balıkesir
vilayətləri daxil olmaqlar bir çox bölgələrində FETÖ terrorçu
təşkilatına qarşı əməliyyatlar keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X”
səhifəsində məlumat bölüşüb.




Əməliyyatların gedişində hazırda aralarında dövlət qulluğunda
çalışan şəxslərin də olduğu, 81 nəfərin şübhəli şəxs qismində
saxlanıldığı bildirilir.

Saxlanılan şübhəlilərin təşkilatın gizli rabitə proqramı olan
ByLock istifadəçiləri olduqları, təşkilatla əlaqəli şirkətlərdə
qeydiyyatda olduqları, FETÖ-nün “Polis daxilində Məxfi
Strukturlaşması”nda məsul səviyyədə fəaliyyət göstərdikləri,
müxtəlif vəzifə və statuslu polis əməkdaşları ilə təşkilati
görüşlər keçirdikləri,hər rütbədən olan polis əməkdaşlarını
təşkilatın daxili kodlaşdırma sistemi ilə kodlaşdırdıqları,
təşkilata cəlb etməyə çalışdıqları polis əməkdaşları ilə bağlı
müxtəlif fəaliyyətlər planlaşdırdıqları, polis əməkdaşlarını ailə
vəziyyəti, təyinat və sağlamlıq durumlarına qədər izlədikləri
müəyyən edilib.