
Bakı. Trend:
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev etimadnaməsinin
surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol üzrə baş
direktoru Conatan Çeytə təqdim edib.
Trend xəbər verir
ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında
paylaşılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında
ikitərəfli münasibətlər müzakirə olunub, həmçinin mövcud əməkdaşlıq
imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, Seymur Fətəliyev ötən il oktyabrın 27-də
Azərbaycanın Meksikadakı səfiri vəzifəsinə təyin edilib.


