“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya
Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Trend xəbər
verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci
müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.




Sənədə əsasən, MMC “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti,
“Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan
Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi
şəxs birləşdirilməklə yaradılıb.