Pakistanın daxili işlər naziri danışıqlar aparmaq üçün İrana səfər edib

Baş səhifə

Bakı. Trend:

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İrana səfər
edib.

Trend-in məlumatına görə, bu barədə “İRNA” agentliyi
bildirib.

Məlumata əsasən, burada nazir İran rəsmiləri, xüsusən də xarici
işlər naziri Abbas Əraqçi ilə görüşlər keçirəcək.




Qeyd edilib ki, M. Nəqvinin İrana səfərinin məqsədi Pakistanın
İran və ABŞ arasında danışıqlarda vasitəçilik işini davam
etdirməkdir.

M. Naqvi A. Əraqçi ilə bazar günü görüşəcək.